“Muzeyi peşəkardan öyrənək” adlı layihə Gəncə şəhərində təşkil olundu


Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə təşkil olunan layihə çərçivəsində ilkin olaraq Gəncə şəhərində həmin region üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən 7-9 aprel tarixlərində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçirildi. Gəncə və Naftalan şəhərləri, Xocalı, Samux və Goranboy  rayonları üzrə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və ev muzeyləri olmaqla ümumilikdə 14 mədəniyyət müəssisəsindən 90-dək muzey əməkdaşı layihədə iştirak etmişdir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verib. Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.
Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

12-04-2022, 10:32 239

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101