Kürə axan çaylarda sululuq dərəcəsi aşağı düşüb


Son günlər havaların yağmursuz keçməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuğun azalması müşahidə olunub.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Kür çayının yuxarı axınında-Qıraqkəsəmən məntəqəsində aprelin 6-dan başlayaraq suyun səviyyəsi 97 sm azalıb. Hazırda su sərfi 365 m3/san olmaqla normanın 49 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 6 faiz azdır.
"Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 106 sm azalıb, hazırda su sərfi 88,5 m3/san olmaqla normanın 53 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 16 faiz azdır.
Kür çayının aşağı axınında Yevlax məntəqəsində suyun səviyyəsində ciddi dəyişiklik olmayıb, hazırda su sərfi 122 m3/san olmaqla normanın 45 faizini təşkil edir ki, bu da keçən ilə yaxındır.
Kür-Zərdab məntəqəsində aprelin 15-dən başlayaraq suyun səviyyəsi 61 sm azalıb, hazırda su sərfi 103 m3/san olmaqla normanın 33 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 19 faiz azdır.
Kür-Surra məntəqəsində aprelin 14-dən başlayaraq suyun səviyyəsi 35 sm azalıb, hazırda su sərfi 90 m3/san olmaqla normanın 12 faizini təşkil edir ki, bu da keçən ilə yaxındır.
Kür-Şirvan məntəqəsində aprelin 15-dən başlayaraq suyun səviyyəsi 10 sm azalıb, hazırda suyun səviyyəsi 129 sm olmaqla keçən il ilə müqayisədə 12 sm çoxdur.
Kür-Salyan məntəqəsində aprelin 17-dən suyun səviyyəsi 25 sm azalıb, hazırda suyun səviyyəsi 358 sm olmaqla keçən il ilə müqayisədə 6 sm azdır.
Kür-Bankə məntəqəsində aprelin 14-dən suyun səviyyəsi 18 sm azalıb, hazırda suyun səviyyəsi 79 sm olmaqla keçən il ilə müqayisədə 34 sm aşağıdır.
Araz çayının Novruzlu məntəqəsində isə aprelin 13-dən başlayaraq suyun səviyyəsi 30 sm azalıb, hazırda suyun səviyyəsi 60 sm olmaqla keçən il ilə müqayisədə 22 sm çoxdur”.
A.Verdiyev qeyd edib ki, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq normadan 17 faiz çox, Oğuz-Qəbələ bölgəsi çaylarında normadan 25 faiz az, Quba-Xaçmaz bölgəsi çaylarında normadan 7 faiz az, Kiçik Qafqazın çaylarında isə normadan 53 faiz azdır. Yaxın günlər ərzində gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.

19-04-2022, 16:50 211

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101