Bakıda ilk dəfə Su İnnovasiya Forumu keçiriləcək


Bu il ölkəmizdə ilk dəfə Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) 17 may 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da keçiriləcəkdir. Sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarə edilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarə edilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmiş tədbirdə 200 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı gözlənilir. 

Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan neqativ təsirlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə mühitindən ibarət olacaqdır.
“AquaLink” MMC-nin təşkilatçılığı, “Nijhuis Saur Industries”,  “A. O. Smith” və  “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək bu forumda üç panel olmaqla, hər panel üzrə yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxış edəcəyi tədbirdə aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir.
Bundan əlavə, tədbir zamanı şirkətlərin öz məhsul və  xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcəkdir.
17 may 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq və  gün boyu (09:00-19:00) davam edəcək “Water İnnovation Forum Baku” tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün  tədbirin rəsmi saytı (www.wifbaku.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz. Forumda iştirak sayı limitli və ödənişsizdir.
Facebook: https://www.facebook.com/WIF-BAKU-112278001445464/?ref=pages_you_manage
Instagram: https://www.instagram.com/wifbaku/
Linkedin: https://www.linkedin.com/company/85098167/admin/

20-04-2022, 11:10 260

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101