İcra başçısının yaxın adamı adlandırılan bələdiyyə sədri hökmdən narazıdır


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri olmuş Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
 
Sumqayit.tv pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 6-na təyin edilib.
 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ev dustaqlığında olan Cəmaləddin Nuriyev məhkəmə zalında həbs olunub. İttihama görə, Cəmaləddin Nuriyev 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövr ərzində Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrini reyestr qiymətlərinə əsasən, ümumilikdə 102 300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17 084 manata 28 şəxsə satıb. Həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil bələdiyyəsindən torpaqlarını alıb. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılıb. Araşdırmalar zamanı torpaq sahələrinin dəyərindən qat-qat aşağı satıldığı məlum olub. Belə ki, Cəmaləddin Nuriyev 0,12 ha torpaq sahəsini 4 300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda, 2017-ci il tarixli qərarla həmin torpaq sahəsini 1 000 manata satıb.
 
Qeyd: KİV-də Cəmaləddin Nuriyev Şabran İcra Hakimiyyətinin başçısı olan, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinə başçılıq edən Novruz Novruzovun yaxın adamı kimi təqdim olunub. Novruz Novruzov Siyəzənin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Cəmaləddin Nuriyev rayonun hazırkı icra başçısı Asif Hüseynov haqqında bir sıra dövlət orqanlarına şikayət edərək bildirib ki, başçının göstərişi ilə adamları onu təhdid edib və bələdiyyə sədri vəzifəsindən istefasını tələb ediblər.

11-09-2023, 11:51 167

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102