Ermənistan sərhədimizə bu raketləri gətirib - Ekspert


Ermənistanın sərhədlərimizə yaxın ərazilərə silah və sursat yerləşdirməsi prosesi son günlər də davam edir. Yerləşdirilən silahlar arasında Hindistandan aldığı artilleriya qurğuları da ola bilər.
Bu sözləri axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun sərhədimizə yaxın bölgələrə yerləşdirdiyi silah növləri və onların təyinatı haqqında danışarkən deyib.
O bildirib ki, silah-sursat arasında uzaqmənzilli raket sistemləri gözə dəyib:
“Görüntülərdə daha çox “Smerç” reaktiv yaylım atəşi sistemlərini gördük. Bu silahların dəqiqliyi bir qədər şübhələr doğursa da, öldürücü gücü mövcuddur. Effektivliyi isə onları tətbiq edən heyətin peşəkarlığından asılıdır. Uzaqmənzilli raketlərdir. Bu silahlardan ermənilər daha çox İkinci Qarabağ savaşında, həm də Gəncə və digər rayonlarımızın mülki əhalisini atəşə tutmaq üçün istifadə edib. Əgər həmin silahları şərti sərhədimizə yaxınlaşdırıblarsa, demək, onlardan təkrar daha uzaq məsafədə yerləşən Azərbaycanın yaşayış məntəqələrinə, obyektlərinə və s. zərbələr endirilə bilər. Bunu mütləq nəzərə almalıyıq”.
Hərbi ekspert qeyd edib ki, Ermənistan gərginliyə nail olarsa, Azərbaycanın peşəkar ordusu düşmən ordusunun silah növlərini zərərsizləşdirmək əzmindədir:
“Düşmənin silahlarını zərərsizləşdirmək üçün onların Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşmasını qadağan edən preventiv zərbələrdən istifadə etməliyik. Yəni sərhəd bölgəsinə yaxınlaşan silahların Azərbaycan Ordusunun şəxsi heyətinə qarşı tətbiq məsafəsini nəzərə almalı, bu məsafənin təhlükəli bir səviyyəyə qədər yaxınlaşmasına imkan verməməliyik. Biz 44 günlük müharibə vaxtı kifayət qədər dəqiq zərbələrlə düşmənə qarşı döyüşmüşük. Nöqtə atışları həyata keçirən çox sayda idarə olunan raket və digər silah sistemlərimiz mövcuddur. Daha çox PUA-lar vasitəsi ilə düşmənin zirehli vasitələrini, sığınacaq və artilleriya qurğularını məhv etmişik. Bu istiqamətdə bizim kifayət qədər təcrübəmiz var. Odur ki, düşünmürəm, Azərbaycan Ordusuna qarşı Ermənistanın müqavimət potensialı lazımı səviyyəyə çatıb. Əgər əməliyyatlar başlasa, İrəvan təxribatlarına davam edərsə, eskalasiyaya səbəb olarsa, o zaman Ermənistan tərəfi keçən ilin sentyabrında olduğu kimi ciddi şəkildə cəzalandırılacaq”.

12-09-2023, 12:00 168

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102