Azərbaycanlı jurnalistin sualı Qranada görüşünə DAMĞA VURDU - Mişel susdu, Borrel isə...

 

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel İspaniyanın Qranada şəhərində azərbaycanlı jurnalist, İctimai TV-nin (İTV) xəbərlər üzrə direktoru Fikrət Doluxanovun “Aİ Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı ilə bağlı niyə 30 il niyə susub?” sualına cavab verə bilməyib.
Musavat.com xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə bənzər suala qısaca cavab verib və sürətlə ərazini tərk edib.
Doluxanov daha sonra Mişeldən soruşub ki, "Avropa İttifaqı niyə indi Ermənistanın adından danışır? Aİ bundan sonra tərəfsiz vasitəçi ola biləcəkmi?"
doluxanov_12_900x6701670476360.jpg (57 KB)
Fikrət Doluxanov
Azərbaycanlı jurnalistin ilk sualını cavabsız qoyan Şarl Mişel belə açıqlama verib:
“Aİ qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Bizim gündəmimiz aydındır. Bunlar regionda rifah, sabitlik, təhlükəsizlikdir. 3 il əvvəl mediasiyaya başladığımız vaxtdan bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etdik. Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komissiyaların yaradılması kimi konkret məsələlərdə irəliləyiş əldə olunub. Daha çox diplomatik səylərə ehtiyac olduğunu da anlayırıq”.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə  Fikrət Doluxanovun "Avropa Ukrayna, Gürcüstan və Moldovada separatizmlə mübarizə aparır. Bəs niyə Azərbaycanda bunu etmir?" sualına "edirik" deyə qısaca cavab verib və sürətlə ərazini tərk edib.
1121317.jpg (44 KB)
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.
Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.
Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

6-10-2023, 16:00 178

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102