Həbsdəki tanınmışlar həkim nəzarətində

 
Novella Cəfəroğlu: “Azərbaycan dövləti istəməz ki, təcridxanada və ya cəzaçəkmə müəssisəsində saxlanan şəxslər Navalnının taleyini yaşasın”
Azərbaycanda istintaq təcridxanasında saxlanılan bəzi tanınmış şəxslər həkim müayinəsindən keçirilirlər. Bu barədə “Turan”a sabiq deputat Nazim Bəydəmirlinin  xanımı Fəridə Bəydəmirli bildirib. Onun sözlərinə görə, fevralın 19-da Bəydəmirlini istintaq təcridxanasının tibb məntəqəsinə çağırıblar. “Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, təzyiqini ölçüblər, qan analizi verməyi məsləhət görüblər”- Fəridə Bəydəmirli deyib.
Həbs edilən iş adamı Nazim Bəydəmirli kimdir?
Nazim Bəydəmirli
O, eyni zamanda həyat yoldaşının özünü pis hiss etdiyini deyib: “Nazim dedi ki, özünü çox pis hiss edir. Hər il noyabrda fizioterapevtik müalicə alırdı, çünki bronxlarında problem var.  Lakin bu il həbslə əlaqədar müalicə ala bilmədi”.
Həbsxana həkimi həbsdə olan jurnalist Polad Aslanova da bildirib ki, onun kompleks tibbi müayinə edilməsi barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin göstərişi var. 
Polad Aslanov aclığa başlayıb - Gözətçi
Polad Aslanov 
Polad Aslanovun xanımı bildirib ki, Poladı nevropatoloq, stomatoloq müayinə edib, ultrasəs müayinəsi edilib, lakin nəticə haqda heç nə bildirməyiblər. Eyni zamanda o deyib ki, həyat yoldaşı böyrək ağrısından və sinir gərginliyindən şikayət edir.
Tofiq Yaqublu "sətiraltı qiyama çağırışda" ittiham olunduğunu deyir - BBC  News Azərbaycanca
Tofiq Yaqublu
Qeyd edək ki,   təcridxanada saxlanan Tofiq Yaqublunu da tibbi müayinədən keçiriblər. Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun ailəsi onun səhhətindən narahatdır. “Atamla telefonla danışdım. O bildirdi ki, yenidən müayinə ediblər, rentgen çəkiblər, ürəyini yoxlayıblar. Həbsxana həkimi deyib ki, əvvəlki qan analizi xolesterinin normadan çox olduğunu (206) müəyyən edib. Bu gün ona "disliptin" dərmanını yazıblar", - siyasətçinin qızı Nigar Həzi bildirib. “Ultrasəs müayinəsi də ediləcək. Atamın "müayinə nə ilə  əlaqədardır" sualına dəqiq cavab verməyiblər. Onun sözlərinə görə, həftənin sonunda vəkil T.Yaqublu ilə  görüşəcək.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Ehtimal etmək olar ki,  həkim müayinələrinə başlanmasında rusiyalı siyasətçi Aleksey Navalnının həbsxanada qəfil ölməsinin də təsiri var. 
Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir
Novella Cəfəroğlu
Məsələ ilə bağlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, istintaq təcridxanasında saxlanılan şəxslərin tibbi müayinədən keçirilməsi düzgün addımdır və lazımlıdır: “Bəzən məhbusların ailə üzvləri zəng edirlər bizə, yaxınlarının səhhətində problem olduğunu, buna görə tibbi müayinədən keçirilməsinin, müalicə edilməsinin vacibliyini deyirlər. Bu cür hallar olanda biz aidiyyəti qurumlarla əlaqə saxlayırıq və onları məlumatlandırırıq və məhbusun tibbi müayinəsi, müalicəsi həyata keçirilir. Məsələn, bir neçə gün öncə bir müsavatçı mənə zəng edib dedi ki, həbsxanadakı oğlunun ürəyində problemlər yaranıb, müalicəsi lazımdır. Mən də əlaqədar orqanla danışdım və vəziyyət barədə məlumatlandırdım. Ürəyində problem yaranan məhbusu dərhal xəstəxanaya yerləşdirdilər. Bizə təkcə siyasi motivli məhbusların yaxınları müraciət etmir, digər məhbusların da yaxınlarından müraciətlər olur. Biz Monitorinq Qrupu olaraq çalışırıq hər bir müraciət nəticəsini versin. 
İndi əgər Nazim Bəydəmirli, Tofiq Yaqublu, Polad Aslanov və digərlərinin tibbi müayinəsi həyata keçirilirsə, çox yaxşı. Bundan narazılıq etmək, narahat olmaq yox, sevinmək lazımdır ki, təcridxanada saxlanan şəxslərin sağlamlığının qayğısına qalınır, onların səhhəti nəzarət altındadır. Pis o olardı ki, tibbi müayinədən keçirilməyəydilər".
Hüquq müdafiəçisi dedi ki, istintaq təcridxanasında saxlanılan şəxslərin tibbi müayinələrdən keçirilməsi adi prosedur qaydalara görə ola bilər. Eyni zamanda Rusiyada Aleksey Navalnının həbsxanada qəfil ölümünün də bu işdə müəyyən təsirinin olması mümkündür. Bu da normaldır: “Azərbaycan dövləti və müvafiq orqanlar istəmir və istəməz ki, təcridxanada və ya cəzaçəkmə müəssisəsində saxlanan şəxslər Aleksey Navalnının taleyini yaşasınlar. Yəni kimsənin ölümünü istəmirlər. Ona görə də tibbi müayinələr keçirilə bilər ki, kiminsə səhhətində problem varsa, təhlükəli həddə çatmadan müalicə olunsun. Bu da normal haldır və müsbət qarşılanmalıdır. Aleksey Navalnının həbsxanada ölməsi bütün dünyada rezonans və Rusiyaya qarşı etirazlar doğurdu. Bizim dövlətimiz istəməz ki, buna bənzər vəziyyətlə biz də qarşılaşaq. Ona görə də təcridxanada saxlanan şəxslərin ailə üzvləri narahat olmasınlar”.  
Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”
Çingiz Qənizadə
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə isə bildirdi ki, istər istintaq təcridxanasında, istər cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin tibbi müayinəsinin aparılmasını Penitensiar Xidmətin rəhbərliyi və Ədliyyə Nazirliyində tibbi xidmətin təşkili ilə məşğul olan Baş Tibb İdarəsi müəyyənləşdirir. Ona görə də istintaq təcridxanasında saxlanan şəxslərin tibbi müayinəsinin keçirilməsindən əndişələnməyə ehtiyac yoxdur: “İstənilən məhkumun, istintaq altında olan şəxsin tibbi müayinəsinin keçirilməsi təmin edilməlidir. Müvafiq qurumlar da bunu həyata keçirir və bu alqışlanmalıdır. Bəzən bizə məhbuslardan müraciət olur ki, səhhətimdə problem var, lakin müalicəm, müayinəm həyata keçirilmir. Biz isə müdaxilə edib maraqlananda məlum olur ki, orada müəyyən növbəlilik var. O baxımdan bəzən bir qədər gözləməyə ehtiyac olur. Təbii ki, bu, təcili tibbi təxirəsalınmaz hərəkətlərə aid deyil. Ümumi müayinədən söhbət gedir. Sizin sualınızda adını çəkdiyiniz şəxslərin də tibbi müayinədən keçirilməsi əslində müsbət addımdır. Burada başqa hər hansı problem axtarmağa dəyməz”. 
“Yeni Müsavat

23-02-2024, 09:18 238

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963