Abşeron rayonunda iki yaşlı körpə yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.