İnzibati binada vəzifəli şəxsə xəsarət yetirilib - Təfərrüat

İnzibati binada vəzifəli şəxsə xəsarət yetirilib

Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsində vəzifəli şəxsə hücum edərək ona şüşə ilə xəsarət yetirən şəxsə hökm oxunub.
Sumqayit.tv Qafqazinfo-ya istinadən bildirir ki, bu il mayın 18-də saat 12 radələrində inzibati binaya daxil olaraq bələdiyyənin İlham adlı şöbə rəisinə xəsarət yetirən 1990-cı il təvəllüdlü Elnur Kərimova 2 il 6 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Elnur uşaq ikən valideynlərini itirib və Bakıda çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəbdə təhsil alıb. O, ifadəsində daha əvvəl də bir neçə dəfə cinayət törətdiyini bildirib: “Mənə dövlət tərəfindən verilmiş və Masazırda yerləşən evdə yaşayıram. 2009-cu il də hərbi xidmətdə olarkən ilk dəfə cinayət törətmişəm. CM-nin 332.1-ci maddəsi ilə Tərtər Hərbi Məhkəməsi tərəfindən, 2019-cu ildə CM-nin 177.2.3-cü və 221.2.2-ci maddəsi ilə Abşeron rayon məhkəməsi tərəfindən məhkum olunmuşam, 2021-ci ilin noyabrında amnistiya aktına görə azad olunmuşam. 18 may 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Masazır Bədədiyyəsinə iş tapmaq üçün getmişdim. Bələdiyyədə şöbə rəisi İlhamın iş otağına yaxınlaşaraq qapını döymədən açaraq içəri daxil oldum. İçəridə kənar şəxslər olduğuna görə İlham mənə bayıra çıxmağımı bildirdi, ona “nə olub, mənim üstümə niyə qışqırırsan?!” dedim. Üzərimə gələrək yaxamdan tutaraq bayıra itələdi, müqavimət göstərdikdə isə qapının ağzında duran vətəndaşlar İlhamla birgə məni pilləkənə doğru çıxarmağa başladı. Bu zaman pəncərənin qarşısında boş su butulkasına əl atıb götürərək sındırdım, butulkanın sınıqlarını yerdən yığaraq İlhamın sifət nahiyəsinə atdım”.
Bələdiyyənin şöbə rəisi isə ifadəsində bildirib ki, Elnur qapını döymədən otağa basqın edib və pul tələb etməyə başlayıb: “Əvvəllər də Elnur iş yerimə gələrək pul istəyib. Onun kimsəsiz olduğunu və dövlət tərəfindən himayədə olduğuna görə həmişə sərbəst və könüllü olaraq pul vermişəm. Mübahisə olan gün isə ona qapının ağzında gözləməsini dedim. Lakin məhəl qoymayaraq üzərimə gəldi, qışqıraraq pul tələb etməyə başladı. Vətəndaşlar və bələdiyyə əməkdaşları onu zorla bayıra çıxardılar. Lakin o, sakitləşməyib pilləkanın qabaq hissəsində yerləşən pencərənin ağzında olan boş butulkanı götürərək yerə çırpdı və butulka sındıqdan sonra baş hissəsi əlində qalaraq üzərimə hücum etdi. Oradakı sakinlər və bələdiyyə işçiləri Elnurun qabağını kəsərək şüşəni əlindən aldılar. Buna baxmayaraq Elnur aqressiv şəkildə hərəkətlərinə davam etdirərək şüşə qırıntılarını yerdən götürdü, üzərimə atdı və şüşə qırıntıları sifət nahiyəmin sağ tərəfinə dəyərək xəsarət yetirdi. Mübahisə zamanı Elnur məni küçə sözləri ilə təhqir etdi. Onun azğın şəkildə mənə qarşı hərəkət etdiyini görərək DİN-in 102 xidmətinə məlumat verdim”.
Qeyd edək ki, E.Kərimov Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq -  silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.

5-10-2022, 14:35 168

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102