Mollalar müştəri üstündə dalaşıblar

Yasamalda mollalar arasında müştəri üstündə dava olub


Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında baş vermiş dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sumqayit.tv məlumat verir ki, bu il fevralın 3-də saat 16 radələrində qəbiristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi iilə təqsirləndirilib.
Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında “Quran” oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub. İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb.
Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib.
Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub.

Mənbə Qafqazinfo

5-10-2022, 14:23 184

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101