Şəki şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.Sumqayit.tv-nin məlumatına görə, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.