Qadın onu bıçaqlayan ərini bağışladı – Söyməsəydim, etməzdi…


Bakıda yerləşən şadlıq saraylarından birinin həyətində arvadını bıçaqlayan kişiyə hökm oxunub.
Sumqayit.tv
  qaynarinfo-ya istinadən xəbər verir ki, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş Ceyhun Səlimov (soyad şərti – red.) 9 may 2023-cü il tarixdə, saat 23:00 radələrində şadlıq sarayının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı Vüsaləni sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.
Belə ki, Ceyhun arvadı Vüsaləyə bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirib. Buna görə də o, Vüsalənin mobil telefonunu əlindən alıb. Vüsalə evdən qaçaraq şadlıq sarayında qabyuyan işləyib.
Ceyhun uzun müddət axtarışlardan sonra arvadını şadlıq sarayında tapıb və onunla söhbət edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və kişi arvadını bıçaqlayıb.
Məhkəmədə Ceyhun törətdiyi əməldən peşman olduğunu desə də, arvadı Vüsalə özünü günahkar görüb. Zərərçəkmiş şəxs bildirib ki, o, əri Ceyhunu söyüb təhqir etməsəydi, ona xəsarət yetirməzdi. Vüsalə hadisənin səbəbkarının özü olduğunu bildirib. Əri Ceyhunla barışdığını, ər-arvad kimi birlikdə yaşadıqlarını deyən qadının sözlərinə görə, barışığın əldə edilməsi üçün ona heç kəs təzyiq göstərməyib, əksinə öz iradəsi ilə təqsirləndirilən şəxslə barışıb, habelə bununla bağlı məhkəməyə ərizə ilə də müraciət etməyib. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Ceyhun Səlimov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

6-01-2024, 09:00 148

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102