“Arvadım dəfələrlə xəyanət edib, mən isə...” — AİLƏ MÜNAQİŞƏSİ


Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Elşad qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Banuya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Banu ilə 2008-ci ildə ailə həyatı qurub: 

“Birgə nikahdan üç az yaşlı övladımız var. 2018-ci ildən etibarən həyat yoldaşım Banu kənar şəxslə münasibəti olduğundan şübhələndim. Onun xəyanəti ilə əlaqədar əvvəllər də onu bir neçə dəfə döymüşəm. Üç uşağımın xətrinə, uşaqlar ortalıqda qalmasın deyə ona qəti şəkildə özünü yığışdırmasını, ailəmizin, uşaqlarımızın qədrini bilməsini, adına ləkə gətirən hərəkətlərə yol verməməsini tələb etdim. Maddi çətinliklə əlaqədar olaraq həyat yoldaşım arada bir kimlərinsə evini təmizləmək üçün gedirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti dəfə Banu ev yığışdırmaq üçün “Baxçaşəhər” yaşayış kompleksinə getmək adı ilə çıxıb: 

“Lakin Banunun həmin yerə getməmədiyindən şübhələndim. Buna görə “Baxçaşəhər”ə getdim, həyat yoldaşıma dayanmadan zəng vurmağa başladım. Lakin Banu telefon zənglərinə cavab vermədi. Bir müddət sonra telefonu açaraq bazar tərəfdə olduğunu bildirdi. Mən Banunun olduğu yerə getdim. Görüşən zaman ondan nəyə görə xəyanət etdiyini soruşdum. 

O da xəyanət etdiyini etiraf etmədi. Məsələni  aydınlaşdırmaqdan ötrü bir yerdə yaşadığımız mənzilə gəldik. Mənzildə bir daha ondan xəyanət etməsinin səbəbini soruşdum. Bu zaman Banu anamın və bacımın ünvanına nalayiq küçə söyüşləri söyməyə başladı. Banu ana və bacımı söydüyü üçün əsəbləşdim. Şillə ilə iki dəfə Banunun sifət nahiyəsinə vurdum. Bundan sonra isə onu itələdim. Bu zaman Banu yerə yıxıldı. Yerdə də əlim ilə ona bir iki zərbə vurdum. Bundan sonra Banu evdən qaçdı”.

İş üzrə zərərçəkmiş Banunun sözlərinə görə, əri Elşadın qısqanclığı üzündən mütəmadi olaraq evlərində ailə daxili münaqişələr olur: 

“Qısqanc olmasına baxmayaraq ailənin maddi çətinliyi ilə əlaqədar fərdi qaydada ayrı-ayrı şəxslərin evlərinə təmizlikçi kimi işə gedirəm. Hadisə günü saat 09.15-də Sumqayıt şəhər İcra hakimiyyətinin yaxınlığında ev təmizləməyə getdim. Həmin evdə olan zaman həyat yoldaşım Elşad zəng vurdu. Lakin başım işə qarışıq olduğu üçün onun zəngini eşitmədim. Sonra yenidən yığanda zəngi eşidərək açdım. 

Elşad həddindən artıq əsəbləşdi, məndən həyətə düşməyi tələb etdi. Elşad işlədiyim binanın qarşısına gəldi. Məni orada götürərək yaşadığımız mənzilə getdik. Mənzilə gələndən sonra məndən nəyə görə onun zənglərinə cavab vermədiyimi soruşdu. Mən də tozsoran işlədiyi üçün telefonun zəngini eşitmədiyimi bildirdim. Buna görə aramızda sözlə mübahisə baş verdi. Elşad mənim cavab qaytardığımdan, haqlı olduğumu izah etməyimdən əsəbləşdi. Mənim üstümə hücum edərək əvvəlcə şillə ilə sağ sifət nahiyəmdən vurdu, boğazımdan tutaraq məni yerə yıxdı. Yerə yıxandan sonra isə təpiklə hər iki qollarıma, bədənimin hər yerinə çoxsaylı zərbələr vurmaqla məni döydü. Mən çətinliklə də olsa onun əlindən çıxaraq evdən qaçdım. Elşad mənim arxamca gəlmədi. Mən oradan birbaşa 3-cü Polis Bölməsinə gəldim, Elşadın barəsində rəsmi qaydada şikayət etdim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşadın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

8-05-2024, 12:32 190

Digər xəbərlər

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Dünən, 20:18
Dünən, 17:56
Dünən, 16:50
Dünən, 12:10
Dünən, 11:55
Dünən, 11:49
Dünən, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1063