Arvadını bıçaqlayan ərin işi Sumqayıt Məhkəməsində — TƏFƏRRÜAT


Abşeron rayonunda 1987-ci il təvəllüdlü Loğman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 1-də Abşeron rayonu, Xırdalan şəhərində baş verib. 

Loğman həmin gün saat 22.00-da arvadı Günayla kirayədə yaşadığı evdə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı stolun üzərində olan bıçağı götürərək, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Loğmanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Günayla 14 ildir ailə həyatı qurublar: “Günay həm də mənim xalam qızıdır, 6 övladımız var. Münasibətlərimiz həmişə yaxşı olub. Hadisə baş verən günü, saat 22 radələrində Günay ilə ailə məişət zəminində mübahisələrimiz düşdü. Günay mənim rəhmətə getmiş anamı söydüyünə görə əsəbləşdim, onu mətbəx bıçağı ilə vurdum. Həmin vaxt Günaya neçə bıçaq vurduğumu bilməmişəm. Günayın qarın hissəsindən qan gəldiyini gördükdə, bir anlıq özümü itirdim. Nə edəcəyimi bilməmişəm. Evdə bint axtarmağa başladım. Lakin bint tapa bilmədiyimdən evdəki çexoldan cıraraq onun yaralarını bağladım. Günaydan özünü necə hiss etdiyini soruşdu. O, “yaxşıyam, amma mənə su ver” dediyindən ona su verdim. Həkimə zəng etmək istədim. Günay “lazım deyil, həkimə zəng etsən, biləcəklər, səni tutacaqlar, uşaqlar qalacaq başsız” dediyindən həkimə zəng etmədim. Günayın paltarları qana bulaşdığından həmin paltarları və  vurduğum mətbəx bıçağını götürərək həmin evdən aralıda olan zibil yeşiyinə tulladım. Hava işıqlanana qədər yanında gözlədim. Saat təxminən 13 radələrində qaynanam Səmayəyə zəng edərək hadisə barədə məlumat verdim. Sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək məni Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə apardılar. İstintaq vaxtı da həyat yoldaşım məndən şikayətçi olmayıb. İndi də şikayətçi deyil. Mən fəhləlik edib uşaqlarıma baxıram. Törətdiyim əmələ görə peşmanam”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğmanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

16-05-2024, 15:19 166

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041