Tanışını qətlə yetirən sərxoş kişinin işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb —TƏFƏRRÜAT



Xaçmaz rayonunda 1962-ci il təvəllüdlü Faiq Əliyev tanışı, 1966-cı il təvəllüdlü Rasim Hacıyevi qətlə yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, Faiq 3 noyabr 2023-cü ildə, gecə saat 2 radələrində alkoqol sərxoşluğu halında yaşadığı evdə onunla birlikdə yaşayan tanışı Rasimin onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi, habelə sonradan onu döyməsi səbəbindən qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlib. 
Bu məqsədlə evində olan bıçağı götürərək Rasimə 23 dəfə xəsarət yetirib. Rasim aldığı bıçaq xəsarətləri nəticəsində vəfat edib. 
Hadisəni törədən Faiqin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Rasim onun tanışı olub: “5 ay olarki Rasim mənim evimdə qalır. Fərdi olaraq evlərin təmiri üzrə usta işləmişik. Hadisədən əvvəlki gün axşam saat 7-8 radələrində evdə qanı qara formada oturaraq araq içdiyim vaxt Rasim evə gəldi. Birlikdə yemək yedik. Axşam saat 23:30-da evin yanındaki kafedən pivə almağa getdim. Arxamca Rasim də gəldi. 2 litr piyvə aldıqdan sonra Rasimə evə getməyi təklif etməyimə baxmayaraq, o, evə gəlmədi. Mən evə qayıdıb pivəni içərkən yuxu tutdu. Rasim isə gecə saat 3-4 radələrində evə gəldi. Mən səs-küyə oyanan zaman Rasim məni yumruqla vurdu və qaşım partladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rasim stolun üzərindəki kül qabını götürərək ona vurmağa başlayıb: “Mən isə özümü müdafiə etmək məqsədi ilə stolun üzərindəki bıçağı götürərək Rasimə xəsarət yetirdim. Səhər oyanan zaman Rasimin öldüyünü gördüm. Buna görə də təcili yardıma və “102” ximətinə zəng etdim. Mənim  Rasimi vurmaqda məqsədimin nə olduğunu bilməmişəm. Onu öldürmək niyətim olmayıb. Bıçaq xəsarətləri yetirən zaman özümdə olmamışam. Öldürdükdən sonra sərxoş olduğum üçün yatmışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Rasimi fəhlə çayxanasından tanıyıb, daha sonra fəhlə kimi onu evinə gətirib: “Birlikdə yaşadığımız müddətdə münasibətlərimiz yaxşı olub. Rasim mənim evimdə 5-6 gün fəhlə kimi işləyib. Bir dəfə mən yatdığım üçün Rasim hasardan tullanaraq başından zədə alıb. Rasim külqabı ilə 10-15 dəfə mənə xəsarət yetirib. Qulaq və qaşımdan xəsarət almışam. Rasim mənə onu evdən qovaladığım üçün xəsarət yetirib”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 16 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

27-05-2024, 16:08 129

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041