Qardaşının qisası üçün MMA məşqçisini öldürdü – Məhkəmədə diqqətçəkən detallar açıqlandı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində MMA üzrə məşqçi Orxan Hacıyevin qətli ilə bağlı təqsirləndirilən Amil Surxayevin cinayət işi üzrə məhkəmə araşdırması zamanı hadisənin yeni təfərrüatları məlum olub.

Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında ittiham aktı elan olunub və təqsirləndirilən şəxs ifadə verib.

İttihama əsasən, Amil Surxayevlə Orxan Hacıyev arasında əvvəllər şəxsi münaqişə olmayıb. Lakin 2020-ci ildə Orxan Hacıyev Amilin qardaşı Ruslan Surxayevin ölümü ilə bağlı cinayət işinə görə məhkum edilib. Təqsirləndirilən şəxs qardaşının ölümünə görə verilən cəzanı ədalətsiz hesab edib və Orxan Hacıyevin azadlığa buraxılmasını qəbul etməyərək onu öldürmək qərarına gəlib.

İstintaq materiallarında bildirilir ki, Amil Surxayev 2025-ci ilin mart ayında televiziya və sosial şəbəkələrdə qardaşının ölümü ilə bağlı yayılan görüntüləri izləyib. O, sosial şəbəkələrdə mərhum qardaşı haqqında təhqiramiz şərhlərin yazıldığını, Orxan Hacıyevin isə həmin paylaşımlarda qardaşını müdafiə etmədiyini görərək qisas hissinin daha da gücləndiyini bildirib.

Məlumata görə, Amil Surxayev əvvəlcədən qanunsuz əldə etdiyi ov tüfəngini götürərək Şamaxıya gedib. Silahı atasına məxsus evin həyətində gizlədən təqsirləndirilən şəxs bir neçə gün ərzində Orxan Hacıyevin hərəkətlərini izləyib və münasib fürsət gözləyib.

İttihama əsasən, hadisə günü o, Orxan Hacıyevin avtomobilini fərdi yaşayış evinin qarşısında görərək yaxınlıqda gizlənib. Axşam saatlarında zərərçəkmiş tanışları ilə evdən çıxdıqdan sonra onların uzaqlaşmasını gözləyib. Orxanın tək qaldığına əmin olduqdan sonra ona yaxın məsafədən atəş açıb. Qarın nahiyəsindən ağır güllə yarası alan Orxan Hacıyev hadisə yerində həyatını itirib.

Məhkəmədə ifadə verən Amil Surxayev ittiham üzrə özünü tam təqsirli bildiyini deyib. O, cinayəti qardaşının qisasını almaq məqsədilə törətdiyini etiraf edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl bir neçə gün Orxan Hacıyevi izləsə də, insanların çox olduğu yerlərdə, xüsusilə idman zalının qarşısında uşaqların olması səbəbindən atəş açmayıb.

O bildirib ki, hadisə günü Orxanın evdən çıxmasını təxminən 20-30 dəqiqə gözləyib. Zərərçəkmiş avtomobilinə yaxınlaşdıqda təxminən iki metr məsafədən atəş açıb. Silahda iki patron olduğunu deyən Amil Surxayev birinci patronun hədəfə dəydiyini, ikinci patronun isə açılmadığını bildirib.

Təqsirləndirilən şəxs hadisədən sonra ərazidən uzaqlaşaraq polis əməkdaşlarına yaxınlaşdığını, silahı könüllü təhvil verdiyini və "Orxanı öldürmüşəm" dediyini də məhkəmədə təsdiqləyib.

Amil Surxayev ifadəsində silahı qardaşı Ruslan Surxayevin ölümündən sonra onun evindən götürdüyünü, əvvəl Masazırdakı evində, daha sonra isə Şamaxıda atasının evində gizlətdiyini söyləyib.

Məhkəmədə o, törətdiyi əməldən peşman olmadığını da açıq şəkildə bəyan edib. Təqsirləndirilən şəxs "heç bir kişi qardaşının ünvanına yazılan təhqirlərə dözməz" deyərək cinayəti qisas məqsədilə törətdiyini bildirib.

Mərhumun hüquqi varisi isə ifadəsində bildirib ki, hadisə barədə ona telefonla məlumat verilib və xəstəxanaya çatanda oğlunun artıq vəfat etdiyini öyrənib. O, Orxan Hacıyevin ailəsinin gözü qarşısında güllələndiyini, həyat yoldaşının həmin vaxt iki aylıq hamilə olduğunu deyib.

Hüquqi varis Amil Surxayevdən şikayətçi olduğunu bildirərək onun qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını istəyib. O, həmçinin təqsirləndirilən şəxsin hadisədən əvvəl Orxan Hacıyevi bir neçə dəfə hədələdiyini də məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmənin hökmü ilə Amil Surxayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Orxan Hacıyev 2020-ci ildə Şamaxıda baş vermiş hadisəyə görə əvvəlcə qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunsa da, sonradan əməli zəruri müdafiə həddini aşmaqla adam öldürmə kimi tövsif edilmiş və cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılmışdı. Ruslan Surxayev isə sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı olub.


3-07-2026, 13:06 49

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098