“Pulları icra başçısının göstərişi ilə almışam”


Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.


“Report”un əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.
T.Novruzov istintaq ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:
“Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1 500-2 000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1 500-2 000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.
Həmin dövrdən başlayaraq təxminən 2019-cu ilin aprel ayınadək mütəmadi olaraq ildə 4-5 dəfə olmaqla Kommunal Müəssisələr Kombinatının direktorundan 1 500-2 000 manat məbləğində pulu xidməti otağımda alıb təklikdə şəxsən Ceyhun Cəfərova vermişəm. O isə həmin puldan hər dəfə mənə 300-400 manat təqdim edirdi.
Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin müəssisəyə rəhbərlik onun oğlu Emin Sadıqova tapşırıldı. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1 000-2 000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1 000-2 000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi”.
T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə Rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.
O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.
T.Novruzov məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.
Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərovla Tacəddin Novruzovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

21-04-2022, 16:40 168

Digər xəbərlər

SON DƏQİQƏ! Aktrisa sumqayıtlı xanım prodüseri tutdurdu

Qurdqalaq kənd icmasının üzvləri ata-baba yurdlarından departasiya olunmalarının 36-cı il dönümünü qeyd etdilər-Fotolar

Başsağlığı

"Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir" - ŞƏRH EDİLDİ

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Sumqayıt nümayəndəliyində Sumqayıtın 75 illiyinə həsr olunmuş tədbir keçirib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 20:23
Dünən, 19:13
Dünən, 18:45
Dünən, 17:23
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 17:36
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
1 2 3 4 5 6 7 8 9 10 ... 903