Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə, 3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dən verilən xəbərə görə, aprel ayının 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb xidməti ərazi qapa­dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri qaçıblar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 5 ədəd mavi rəngli bağlamanın içərisindən ümumi çəkisi 32 kiloqram 945 qram narkotik vasitəyə (30 kiloqram 935 qram marixuana, 2 kiloqram 10 qram tiryək) bənzər maddələr və psixotrop tərkibli 3000 ədəd “metadon-40” dərman preparatı olan həblər aşkar olunaraq götürülüb.
Aprel ayının 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək yaxınlaşması və içərisindən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb, onun Astara rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov Nazim Tofiq oğlu olması müəyyənləşdirilib.
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 16 kq 610 qr narkotik vasitəyə (12 kiloqram 375 qram heroin, 3 kiloqram 5 qram tiryək, 725 qram metamfetamin və 505 qr marixuana) bənzər maddələr aşkar olunaraq götürül­üb.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



28-04-2022, 16:25 279

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102