Azərbaycanda genişmiqyaslı ƏMƏLİYYAT


Son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4 360 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Daxil olan məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar.
Pənah İsmayılovun üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, doqquz kiloqram metamfetamin, üç kiloqram marixuana, elektron tərəzilər və bir ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə səkkiz kiloqram müxtəlif adda olan narkotik maddələr aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, iki kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən doqquz nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər.
Paytaxtda, eləcə də, cənub və qərb bölgələrində həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



12-05-2022, 16:15 299

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102