Sərhəddə İNSİDENT: Hərbçilərimizə atəş açdılar - FOTO


Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4 000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Bu haqda DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 12-də saat 00:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.
Həyata keçirilmiş axtarış və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
May ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­­­dılmış, sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr “metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr və psixotrop tərkibli 4 000 ədəd “metadon-40” həbləri aşkar olunaraq götürülüb.
May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilmiş, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr, 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunaraq götürülüb.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılmış, hal-hazırda şəxsiyyəti müəyyənləşdirilir.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

18-05-2022, 13:35 254

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964