Qəzanın SƏBƏBİ BİLİNDİ- “Həmin vaxt şagirdlər yuxuda olublar”

Məktəblilərin qəzaya düşməsilə bağlı yeni təfərrüatlar məlum olub.
 
Sumqayit.tv xəbər verir ki, ötən gün axşam saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan gələn Bakı şəhər 279 saylı məktəbin şagird və müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Onlardan 2-si Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Sözügedən məktəbdən Modern.az-a bildirilib ki, qəzaya düşən uşaqlar ibtidai sinif şagirdləri olub. Səfər məktəb rəhbərliyindən icazəsiz təşkil olunub.
 
“Şagirdlərin bəziləri yaxın qohumlardır. Onların arasında müxtəlif siniflərdə oxuyanlar da olub. Müəllimlərdən yalnız biri ibtidai sinifdə çalışır. Həmin müəllim validenylərin dəvəti ilə gedib. Həmin müəllim iki uşaq anasıdır. O, hadisə zamanı ağır xəsarət alıb. Hadisə axşam saatlarında olduğundan uşaqlar yatmış vəziyyətdə olublar. Hadisə anidən baş verib. Qəza uşaqlar arasında təşvişə səbəb olub. Qəza nəticəsində yaralananlardan biri 8-ci sinifdə oxuyan qızdır. Onun ayağı sınıb, əməliyyat olunacaq. Digər yaralı bizim məktəbdə oxuyan oğlandır. O, avtobusda ön sıralarda əyləşib. Qəza zaman avtobusun şüşəsinə çırpılaraq yola düşüb", - deyə məktəbdən verilən məlumatda qeyd olunub.
 
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.
 
Qeyd edək ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.

13-06-2022, 17:00 218

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102