Sumqayıt gömrüyünün sabiq rəisi DTX tərəfindən həbs edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının dünən Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı yüksək rütbəli gömrükçülərin həbs olunduğu bildirilir.

Sumqayit.tv xəbər verir ki, “AzPolitika.info”nun məlumatına görə, DTX-nın əməliyyatı nəticəsində saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 
Ehtiram Xəlilov 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub. 1983-1985-cı illərdə hərbi xidmət keçib. 1986-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb. 
1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 

1997-ci ildən Gömrük orqanlarında xidmət göstərir. 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində çalışıb.
2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində işləyib.
2003-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alıb.
2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb.

2018-ci ildən "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsinə təyin edilib.

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

DTX-nın əməliyyatı ilə bağlı geniş rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

21-06-2022, 10:30 863

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102