Rusiyanın Moskva şəhərinin cənubunda yerləşən Gertsen gölündə iki azərbaycanlı qohum boğulub.
Sumqayit.tv Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 4-də günorta saatlarında ərazidə dincələn iki kişinin sənədləri və telefonları sahildə qalıb. İstirahət edənlər onların suda gözdən itdiklərini müşahidə ediblər. Hadisə yerinə gələn dalğıclar günorta saatlarında iki meyiti sudan çıxarıblar.
Ölənlər Azərbaycan vətəndaşları 28 və 20 yaşlı şəxslərdir. Onlar Moskvada, gölün yaxınlığında yaşayıblar.