Ermənilər Qaragöl istiqamətini MİNALADILAR

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayıblar.

Sumqayit.tv-nin məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan xəbərdə bildirilib.

Qeyd edilib ki, azərbaycanlı hərbçilərin Qaragöl ərazisindəki mövqelərdə möhkəmlənməsi erməni tərəfində ciddi qorxu və narahatlı hissini artırırıb.

“Oradakı azərbaycanlı hərbçilər qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana qədər gəlib çata bilərdilər”,-deyə “Hraparak” bildirib.

Qəzet yazır ki, vəziyyət ermənilər üçün o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisində təxminən 1 kilometr uzunluğunda məsafəni - Qaragölə doğru olan zonanı minalamaq qərarına gəlib.

Kəndin icma başçısı Varo Qriqoryan da ərazinin minalandığını “Hraparak” təsdiqləyərək əlavə şərh verməyib.

“Hraparak” minalanma ilə bağlı Xoznavr kəndiinin erməni sakinlərinə əvvəlcədən xəbərdarlıq edilmədiyini də bildirib. Nəticədə kəndlilərdən birinin həmişəki kimi ərazidə otlayan atları minaya düşərək ölüblər.

Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhəddində yerləşən Qaragöl ətrafında yaranmış mübahisədən 1 il ötür.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədini bərpa edərkən Ermənistan tərəfinin təxribatları ilə qarşılaşmışdı. O zaman rəsmi İrəvan dünyaya car çəkirdi ki, guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəmişdilər.

Lakin bütün təxribatlara və təzyiqlərə məhəl qoymayan Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafından geri çəkilmədi, əksinə, ərazidəki mövqelərini möhkəmləndirdi.

Qeyd edək ki, Ermənistan hələ 1992-ci ildə Laçını işğal edəndən sonra sözügedən  ərazidə dövlət sərhədini irəli çəkmişdi. Nəticədə Laçın ərazisindəki Qaragöl bölgəsini mənimsəmişdilər.
Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmırdı.

Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafını düşməndən geri alaraq, onları geri çəkilməyə məcbur edib. Ermənistan ordusu bir neçə dəfə ərazidə silahlı toqquşma yaratmağa cəhd göstərib.


6-07-2022, 11:25 171

Digər xəbərlər

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 19:13
Bu gün, 18:51
Bu gün, 11:42
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 15:13
Dünən, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1063