Külli miqdarda dərman vasitələri aşkarlandı - FOTOLAR

Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinn qarşısı alınıb.
Sumqayit.tv xəbər verir ki, qaçaqmalçılıq faktı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə dərman preparatlarının nəqliyyat vasitəsinin yük yerində gizlədilərək gətiriləcəyinə dair  daxil olan məlumat əsasında aşkar edilib. Həyata keçirilən təcili və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq predmetlərinin “Mercedes Benz  Actros” markalı yük nəqliyyat vasitəsində  gətiriləcəyi müəyyənlləşdirilib və nəqliyyat vasitəsi nəzarətə götürülüb.
Nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna daxil olarkən Azərbaycan Respublikası vətəndaşı olan sürücü şifahi sorğu-sual edilib. O idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin stasionar rentgen qurğusu vasitəsilə aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə olunduğundan yükə baxış keçirilib və əməliyyat məlumatı təsdiqini tapıb.  Belə ki,  yükün içərisində gömrük nəzarətindən gizlədilən 120 qutu “Marlboro Touch” markalı siqaretlər və qutularda dərman vasitələri aşkar edilib. Daha sonra nəqliyyat vasitəsindəki yük boşaldılıb və döşəmənin taxta örtüyünün altında dərman vasitələrinin gizlədildiyi müəyyən olunub.
Ümumilikdə, nəqliyyat vasitəsindən 2400 ədəd siqaret və  7 adda külli miqdarda- üzərində “Devit-3 50.000 I.U./15 ml” yazısı olan  2010 flakon, üzərində “Devit-3 1 ml İ.M 300.000” yazısı olan 6400 ampula və həmin ampulaların boş qutuları, üzərində “Atarax 25 mgfilm kaplı tablet” yazısı olan 1170 qutu, üzərində “Kindan 600 mg/4ml IM/IV Enjeksiyonluk çözelti içeren ampul” yazısı olan 28 qutu, üzərində “Cyclo-Progynova 2mg+2mg/0.5 mgkaplı tablet” yazısı olan 11 qutu, üzərində “Diane 2mg/35 mcg kaplı tablet” yazısı olan 34 qutu,  üzərində “Fucidin %2 krem” yazısı olan 6 qutu dərman preparatları və üzərində “Mirena” yazısı olan 46 ədəd tibbi vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 
 






6-07-2022, 14:44 513

Digər xəbərlər

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 19:13
Bu gün, 18:51
Bu gün, 11:42
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 15:13
Dünən, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1063