Xudat şəhərində bıçaqlanma baş verib.
Sumqayit.tv-in Şimal bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Qəribov Telman Xoci oğlu bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.