Bakı-Qazax yolunda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.
Qəzanı törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sumqayit.tv xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil Sadıqov Samir Zirəddin oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.