Lənkəranda tanınmış stomatoloq intihar edib.
Sumqayit.tv apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Raypo adlanan ərazisində baş verib.
1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Ölümün səbəbləri araşdırılır.