Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"
"Sumqayıt" Futbol Klubunun braziliyalı müdafiəçisi Keffel Resende Gerid
Sumqayit.tv xəbər verir ki, futbolçu Braziliya mətbuatına açıqlamasında mövsümü uğurlu keçirdiyini bildirib.
"Daha bir uğurlu mövsüm keçirdiyim üçün Allaha şükür edirəm. Mövsümü zədəsiz başa vurmaq və meydanda yaxşı performans göstərmək mənim üçün çox vacib idi", – deyə Keffel vurğulayıb.
Sol cinah müdafiəçisi Azərbaycandakı futbolun özünəməxsus xüsusiyyətlərindən də danışıb.
"Azərbaycanda futbol daha çox taktiki yanaşmaya və fiziki mübarizələrə əsaslanır. Kluba yaxşı uyğunlaşdım və düşünürəm ki, oyunlarda komandama fayda verə bildim", – deyə futbolçu qeyd edib.
Qeyd edək ki, Keffel Resende 2024-cü ilin yayında Portuqaliyanın "Portimonense" klubundan "Sumqayıt"a transfer olunub. O, geridə qalan mövsümdə Sumqayıt təmsilçisinin heyətində 28 oyunda meydana çıxaraq 4 məhsuldar ötürmə ilə yadda qalıb.