ABŞ Prezident Administrasiyası sentyabrın 28-də Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.
Vəsait Ukraynada təhlükəsizliyin təmin edilməsi çərçivəsində veriləcək (Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü, USAI). Bu yardım paketi Kiyevə amerikalı müdafiə podratçılarından silah və hərbi texnika almağa imkan verəcək.
Bununla da ABŞ-ın 2021-ci ilin yanvar ayından Ukraynaya göstərdiyi ümumi yardımın məbləği 16 milyard dolları ötüb.
Mənbə: Gazeta.ru