Sumqayıt məktəblərində narkomaniya ilə bağlı silsilə təlimlərin icrasına başlanıldı




Sumqayıt məktəblərində narkomaniya ilə bağlı silsilə təlimlərin icrasına başlanıldı

Sumqayit.tv xəbər verir ki, “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “ Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.  
Layihə üzrə ilk təlim Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilib.  Bu barədə Sosialmedia.az-a birliyin mətbuat xidmətindən məlumat verilib.
50 nəfər yeniyetmənin iştirak etdiyi təlimi Sumqayıt şəhər 4 nömrəli  tam orta məktəbin direktoru Səadət Məmmədova açaraq iştirakçıları salamladı və qeyd etdi ki, narkomaniya ümumi bir bəladır, ondan uzaq olmaq üçün bilgi əldə etmək vacibdir. Biz də  bu barədə geniş məlumat əldə etmək üçün bu gün bu şəraiti yardırıq ki, sizlər bu bəladan uzaq olasınız.  Sonra layihə rəhbəri Vüsal Hüseynov layihə barədə şagirdlərə məlumat verdi. O, vurğuladı ki, Layihənin əsas məqsədi: – Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığının artırılması və bu barədə onların maarifləndirməsidir. Layihənin ümumlik də Sumqayıt şəhərində 3 ay müddətin də 9 məktəb də icra olunması nəzərdə tutulub. Sumqayıt şəhərində yerləşən 9 orta məktəbin hər birində 1 maarifləndirici tədbir keçiriləcək, mövzu ilə bağlı 275 ədəd buklet hazırlanacaq və məktəbin yuxarı sinif şagirdlərinə paylanılacaqdır. Layihənin icrası yeniyetmələr arasında zərərli vərdişlərdən uzaq olmaq, onları bu bəlaya düçar olmaması üçün aparılan təbliğat kampaniyasıdır. Layihəmizin mütamadi olaraq bütün məktəb və universitetlər də təşkil ediləcək deyə bildirdi. 

Təlimçi Emil Maqalov narkomaniya barədə, onun törətdiyi fəsadlar barədə geniş danışdı. Qeyd etdi ki, narkomaniya qlobal problem olaraq bütün dünyanı narahat edən məslələrdən biridir. Ölkəmizdə narkomaniyaya qarşı düşünülmüş və qətiyyətli mübarizə aparılır. Ancaq təəssüf ki, narkotik vasitələrdən istifadə halları getdikcə artır. Xüsusilə narkotik istifadəçilərinin yaş həddi riskli olaraq xeyli aşağı düşüb. Ona görə orta məktəbin yuxarı sinif şagirdləri əsas risk qrupları hesab olunur. Bunu  nəzərə alaraq orta məktəblərdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var. 
Sumqayıt şəhəri ərazisi və əhalisinə görə Azərbaycanın ən böyük şəhərlərindən biridir. “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində apardığı araşdırmalar nəticəsində 12-18 yaş arası yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının kəskin artması müəyyən edilmişdir.
Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.

“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
Emil Maqalov: Sonda şagirdlərdən qızlara siz gedin deyib oğlanları saxlayıb onlarla onların öz başa düşəcəyi dildə təklikdə danışıb, onları maraqlandıran sualları cavablandırıldı və onlara  öz tövsiyələrini verdi.




30-09-2022, 20:31 311

Digər xəbərlər

Sumqayıt üzrə aprelin pensiya ödənişləri yekunlaşıb

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda məlumat lövhəsi təhlükə yaradır? – Sakinlər narazıdır-VİDEO

Metroda giriş-çıxış bağlandı, sərnişinlər tuneldə qaldı

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtda şəhid Kənan Allahverdiyev adına yol yararsız vəziyyətə düşüb –ŞİKAYƏT

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

1 2 3 4 5 6 7 8 9 10 ... 1042
Bu gün, 18:51
Bu gün, 18:18
Bu gün, 18:12
Bu gün, 17:41
Bu gün, 15:09
Bu gün, 14:16
Bu gün, 13:49
Bu gün, 10:51
Bu gün, 09:58
Dünən, 23:24
Dünən, 22:50
Dünən, 18:22
Dünən, 18:17
Dünən, 18:12
Dünən, 18:06
Dünən, 15:00
Dünən, 12:56
Dünən, 12:34
Dünən, 11:25
Dünən, 10:35
Dünən, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1042