Evin tək övladının anım günü qeyd olundu


Bu gün Vətən müharibəsinin şəhidi, evin yeganə övladı Mustafayev Rüfət Zöhrab oğlunun anım mərasimi keçirilib. Sumqayit.tv xəbər verir ki, mərasim şəhidimizin məzarını Şəhidlər Xiyabanında ziyarətlə başlayıb. Daha sonra isə "Yeni Həyat" restoranında davam edib. Mərasimdə şəhidimizin ailəsi ilə  yanaşı Azərbaycanın iftixarı, şəhid generalımız Polad Həşimovun anası, Səmayə ana, qohumları, İcra Hakimiyyətin nümayəndəsi, məddahlar və şəhid ailələri iştirak ediblər. 
Xatırladaq ki,  Rüfət Mustafayev 12 mart 1996-cı il Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə almağa başlayıb. 2013-cü ildə həmin məktəbdən bitirib. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü qatılib. 27 sentyabr tarixində Azərbaycanla Ermənistan arasında başlanmış Vətən müharibəsinə əsgər kimi qatilir. Döyüşlərin ən qaynar nöqtələrində olur.  2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri, Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.

Oktyabrın 13-də əsgər Rüfət Mustafayevin nəşi əvvəlcə valideynlərinin yaşadığı Sumqayıt şəhərinə gətirilərkən, cənazəsi yaşadığı ərazidə izdihamla qarşılanmışdır. Oradan şəhidə ehtiram əlaməti olaraq  avtomobil karvanıları ilə Sumqayıt Şəhidlər Xiyabanına yürüş olur. Rüfət, həmin gün dövlət rəsmilərinin, icra nümayəndəliklərinin, rəhbər şəxslərin və şəhər sakinlərinin iştirakı ilə yaylım atəşi ilə təntənəli şəkildə torpağa tapşırılib.
Ruhun şad olsun, öz gedişiylə valideynlərin son ümüdin gözundə qoyan Qəhrəmanımız!

Müəllif: Vəsiqə Dadaşova 








13-10-2022, 22:11 253

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101