Stansiya Sumqayıtda yerləşən məktəbdə çirkin olay - İDDİA



Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızının valideynləri saytımıza müraciət ediblər. 

Valideynlər "Unikal"a müraciətlərində iddia ediblər ki, onların övladları təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb. 
Sənan Mehralıyev bildirib ki, 1-ci sinifdən övladı həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olub. O qeyd edib ki, danışdıqları bu tədris ilində olub:
"Ötən həftənin 5-ci günü (14 oktyabr) Zəhra Əliyevanın anası uşağı məktəbdən götürəndə ingilis-dili müəllimindən direktora şikayət edib. Direktor deyib ki, istəmirsənsə, övladını götürüb apar. Anası Zəhraya bildirib ki, səni başqa məktəbə aparacam. Uşaq ondan sonra anasına hər şeyi danışıb. Bildirib ki,  Aylini xətkeşlə boğurdular. Zəhranın anası məsələni aydınlaşdırmaq üçün həyat yoldaşıma zəng edib. Bu zaman Aylin ağlamağa başlayıb. Uşaq deyib ki, Zəhraya da iynə vururdular. Bundan sonra Zəhra anası ilə bizə gəliblər. Uşaqlar onlara qarşı olanları danışmağa başlayıblar. Uşaqlar danışıblar ki, əllərini bağlayıb, ağızlarına skoç vururmuşlar. Bunları isə Zəhra müəllimə edirmiş. Hətta sinif rəhbərləri Vüsalə Əsədova da bunun şahidi olub. Uşaqlar deyir ki, tənəffüs zamanı onlara iynə vurublar. Əlində iynələrin izləri var. Uşaqlar deyir bir dəfə qorxub qaçmaq istəyiblər. Ancaq sinif rəhbərləri Vüsalə müəllimə qoymayıb. Deyib sakit oturun. Qızım Aylin deyir ki, iynədən sonra qarşımdakı əşyaları sağ-sola gedən kimi olub. Ondan sonra əlini çimdikləyib ki, hiss edirsənmi? Uşaq da yox deyə cavab verib. Ondan sonra gözünə damcı töküblər. Həmçinin, uşaqlara qara tabletkaya bənzəyən bir şey veriblər. Ondan sonra deyir ağzımız keyiyirdi. Biz bu işin araşdırılmasını istəyirik ki, uşaqlara hansı məqsədlə iynə vurulub?".

S.Mehralıyev qeyd edib ki, həmin hadisələrin birini də direktor gəlib görüb: "Deyib ki, neçə dənə vurmusuz? Çox vurmayın, uşaq şoka düşər, evdə valideyn şübhələnər. Bununla bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etdik. Qobu polisindən iki təhqiqatçı gəldi. Onlar hadisəni yazdılar. Bundan sonra Abşeron Rayon Prokurorluğuna müraciət etdik. Oradan bizi ekspertizaya yönləndirdilər. Ayağındakı qaralmış izi qeydə aldılar. Əlindəki izləri təsdiqlədilər ki, iynə izləridir. Qızım bildirir ki, iynədən sonra hər gözünə 5 damcı dərman tökürmüşlər. Biz də istəyirik onlarla bizi üzləşdirsinlər ki, bunu nə məqsədlə ediblər? Təhsil Nazirliyinə müraciət etdik. Oradan bizə bildirdilər ki, bu ciddi məsələdir. Bir dəfə qızım dedi ki, ata məni o məktəbdən çıxar. Hamı uşağını oradan aparır. Deyirdim ki, qızım, bir ilin qalıb, ibtiadi təhsili başa vurursan. Bu o demək idi ki, uşaq məktəbə getmək istəmir. Məktəbin kamera görüntüləri də var, onlara baxmaq olar".

Digər valideyn Elşən Əliyevin sözlərinə görə, qızı Zəhra Əliyeva onlara bildirib ki, məktəbdə ona iynə vurublar. "Müəllimlər deyir uşaqlar yalan deyir. Amma uşaqları ikisini də ayrıca danışdırsanız, eyni sözü deyəcəklər. Təhsil Nazirliyində onları ayrıca danışdırıblar. Biz bu məsələnin araşdırılmasını istəyirik".
Anar Kəlbiyev
  • Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)
  • Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)
  • Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)
  • Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)
  • Məktəbdə tükürpədici olay: İki azyaşlı şagirdə iynə vurulurmuş (İDDİA)




17-10-2022, 14:49 899

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964