Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə hazırlanan layihələrin ekspertiza rəylərinə dair fikir mübadiləsi aparılıb.

Tədbir 14 oktyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair keçirilən işçi müşavirəsi zamanı verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı keçirilib.
Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir və son illərdə Bakı şəhəri üzrə bir sıra ünvanlarda – Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq hava Limanı – Mərdəkan dairəsi – Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxılığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Həmçinin, bəzi ərazilərdə yerüstü piyada keçidinin baş planına baxılıb və layihə sənədlərinin təqdim edilməsindən sonra rəy verilməsi məsələsinə baxılacaq.
Bundan əlavə, Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin Xətai metrostansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.
Tədbirdə həmçinin yol hərəkətinin təhlükəsizliyinə ciddi şəkildə mane olan yaşıllıqların götürülməsi, xüsusilə də yol-hərəkət nişanlarının görünməsini əngəlləyən ağac və kolların budanması, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı mövcud problemlərin operativ həlli ilə bağlı iştirakçı qurumların nümayəndələrindən ibarət operativ qrupun yaradılmasına qərar verilib. Qrup vasitəsilə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinə maneə yaradan, tıxac, qəza, bədbəxt hadisə və sair olaylara səbəb ola biləcək yaşıllıqların götrülməsi və budanması üzrə
operativ, təxirəsalınmaz və nəticəyönümlü tədbirlər həyata keçiriləcək.
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)
Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi (FOTOLAR)



21-10-2022, 20:05 161

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101