Sumqayıt şəhidləri Əliyev Eltun və Novruzov Elvinin anım mərasimi keçirilib



Bu gün (red-dünən) 27 sentyabr 2020-ci il ildə başlayan "Vətən" müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri, şəhidlərimiz Əliyev Eltun Elnur oğlu və Novruzov Elvin Ziyafət oğlunun anım mərasimi keçirilib.

Sumqayit.tv xəbər verir ki, şəhidimiz Novruzov Elvinin anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlanılıb, sonra isə mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Məclisdə Corat Məscidinin nümayəndələri, icra nümayəndələri, şəhidimizin qohumları və şəhid ailələri iştirak ediblər.
Şəhidimiz Əliyev Eltun Elnur oğlunun anım mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlanılıb, anım mərasimi şəhidimizin yaşadığı evində ehsan süfrəsi verilərək davam edib. Məclisdə şəhid ailələri,  şəhidimizin dostları və qohumları iştirak ediblər. 
Xatırladaq ki, Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılıb. Xidmətinə Ağcabədidə başlayıb və manqa komandiri olmuşdur. 27.09.2020 tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimiz Əliyev Eltun Elnur oğlu 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə – ön xətdə baş atıcı olaraq xidmət edib.
27.09.2020 tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Eltun Əliyev Talış Suqovuşan döyüşlərində savaşıb. 16.10.2020 tarixində düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucalıb.

Eltun Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", “Rəşadət ordeni” medalları ilə təltif edilmişdir.

Allah ruhunuzu şad etsin, Vətənimizin az yaşlı, cəsur oğulları!














Müxbir: Vəsiqə DADAŞOVA

24-10-2022, 22:30 454

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101