Sumqayıtda kanalizasiya sistemi olmayan yaşayış massivi xəstəlik zonasına çevrilib - FOTO


Sumqayıt şəhərində yaşayan sakinlərin bir hissəsi kanalizasiya sisteminin olmamasından narazıdır.
Bu barədə sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.

Onlar bildiriblər ki, “Sumqayıt Stansiyası” yaşayış massivi xəstəlik zonasına çevrilib:
“Yaşayış massivi 2013-cü ildə 60 hektarlıq ərazidə salınıb. İllərdir kanalizasiyanın olmaması barədə aidiyyəti qurumlara sözümüzü çatdırmaqdan təngə gəlmişik. Nə qədər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etsək də, məsələ həllini tapmır. Ərazi xəstəlik zonasına çevrilib. Bu azmış kimi, yaşayış massivinin giriş hissəsində böyük bir ərazidə göl əmələ gəlib. Biz bilmirik ki, problemimizi kimə deyək”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə heç bir infrastruktur yoxdur:
“Kanalizasiya şəbəkəsinin qurulması üçün də yaşayış massivində heç bir infrastruktur mövcud deyil. Çünki əsas daşıyıcı kollektorlar olmalıdır ki, ərazidə şəbəkə qurulsun. Bu gün orada kanalizasiya sisteminin qurulması gündəmdə deyil”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Proqramı çərçivəsində şəhərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə tədbirlərin görülməsi nəzərdə tutulub:
“Qeyd olunan, eləcə də digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı tədbirlər planı hazırlanıb, mərhələli şəkildə bu işlərin reallaşdırılması gözlənilir”.




27-02-2023, 15:43 146

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101