Sumqayıtda "evin içində" biznes obyekti tikilib- ŞİKAYƏT/FOTOLAR


Sumqayıtda xiyabanlarda (ikiyol arasında), səkilərdə, dövlət əhəmiyyətli tikililərin və yaşayış binalarının qarşısını kəsən, hətta az qala bitişik olan pərakəndə, tikinti qaydalarına uyğun olmayan, şəhərin estetikasına xələl gətirən, hətta bəzən sakinlərin həyatlarına təhlükə yara biləcək biznes obyektlər mövcuddur. Belə biznes obyektləri, zəbt olunmuş xiyaban və səkilərlə bağlı dəfələrlə mediada tənqidi xarakterli yazılar verilib. 
Sumqayit.tv-
in redaksiysına izləyicimiz Ceyhun Zeynallı tərəfindən qanunsuz tikildiyi iddia olunan obyektlərdən biri ilə bağlı, şikayət daxil olub.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
“ Mən , Zeynallı Ceyhun Məzahir oğlu  Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52A, mənzil 1-in sakini  yazıb Sizə bildirmək istəyirəm ki, mənim mənzilimin eyvanının qarşısında  qanunsuz tikili tikilərək ticarət obyekti kimi fəaliyyət göstərir.  Qanunsuz tikilinin sahibi memarlıq idarəsində olan həvadarlarına arxayın olaraq qeyri-qanuni tikilən obyektini daha da genişləndirirək   düz mənim mənzilimin  pəncərəsi qarşısında  sanitar qovşağ da tikib, tikili mənim mənzilimin hər iki pəncərəsini qapatmışdır.indi ətrafda natəmizlik  hökm sürür. Sanitar qovşağından gələn  pis iy  bizi və qonşuları  narahat edir. Bu özü ciddi epidomoloji xəstəliklərin başlanğıcına səbəb ola bilər.  Əsas  narahatçılıq isə odur ki, qanunsuz tikilinin sanitar obyektinin kanalizasiya suları birbaşa zirzəmiyə axır. Bu da binanın zirzəmisindəki dayaq sütünlarının zəifləməsinə səbəb olacaq . Nəticədə aşağı balda zəlzələ olarsa bina tam uça bilər.
Çox təsiredici haldır ki, bu qanunsuz tikili  şəhərimizin ən görkəmli yerlərindən olan Ulu öndərimiz Heydər Əliyevin şərəfinə yaradılmış  Parkın 10 metr yaxınlığında baş verib. Şəhərin ən mərkəzi yerində bu qanunsuzluqları görən olmayıbmı.  Bir sakin olaraq xahiş edirəm ki, ədalət bərpa edilsin, qanunsuz tikililər sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılsın.”







Müəllif: Sumqayit.tv

28-02-2023, 23:36 237

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101