Sumqayıtda mülki müdafiənin təşkili məsələlərinə həsr edilmiş tədbir keçirilib


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Şəhər İcra Hakimiyyəti ilə birgə "Kimyaçı” Mədəniyyət Sarayının qarşısında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirib.
Sumqayit.tv
xəbər verir ki, bu barədə "Report"a FHN-dən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt şəhər Polis İdarəsinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, eləcə də yerli idarə və təşkilatların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin və yerli özünüidarəetmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. O, həmçinin çıxışında mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra tədbirdə çıxış edən FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev bildirib ki, 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan Azərbaycan Respublikası ilə bu nüfuzlu təşkilat arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz, qüdrətli Azərbaycanın memarı, əbədiyaşar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyası zəkası və istedadı sayəsində yeni Azərbaycan, digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxladı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək, əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etməkdədir.
Daha sonra mülki müdafiə qüvvələrinin şəxsi heyətinə, texnika və avadanlıqlarına baxış keçirilərək praktiki məşğələyə start verilib. Şərti olaraq nəqliyyat qəzası nəticəsində baş vermiş yanğın Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən məhdudlaşdırılaraq söndürülüb. Həmçinin, hadisə yerinə operativ çatan Sumqayıt Regional Mərkəzinin xilasediciləri xüsusi xilasetmə vasitələrindən istifadə etməklə "deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri” xilas edib, onlara "təxirəsalınmaz ilkin tibbi yardım” göstərərək aidiyyətı üzrə təhvil veriblər.








2-03-2023, 15:36 97

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903