Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub.Müdafiə Nazirliyindən
Sumqayit.tv-yə bildirilib ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!