Sumqatıtda şəhid Rüfət Mustafayev və Abdulla Əhmədovun mövludu qeyd olunub-Foto


Dünən evlərinin yeganə övladları, valideynlərin tək təsəllisi, ümidlərini, arzularını bir balasına bağlayan, şəhidlərimiz Mustafayev Rüfət Zöhrab oğlunun və Əhmədov Abdulla Əhməd oğlunun mövlud günü keçirilib.
Sumqayit.tv
xəbər verir ki, tədbir Sumqayıt Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarətlə başlayıb və şəhərimizin restoranlarının birində davam edib. Tədbirdə Azərbaycan Respublikasının himni səslənib və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Mövlud mərasimində şəhidimiz general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, qazilərimiz, icra hakimiyətin nümayəndələri, media işçiləri və şəhidlərimizin qohumları iştirak ediblər. 

Xatırladaq ki, Rüfət Mustafayev 12.03.1996-cı il tarixdə Sumqayıt şəhərində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2002-ci ildə Sumqayıt şəhəri 18 nömrəli məktəbdə təhsil almağa başlayıb və 2013-cü ildə həmin məktəbdə məzun olub. Elə həmin il dövlət imtahanını uğurla keçərək Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robototexnika" fakültəsinə qəbul olub. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının sıralarında həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına könüllü gedib. 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış Vətən müharibəsinə əsgər Rüfət Mustafayev də qatılıb. Döyüşlərin ən qaynar nöqtələrində xidmətinə davam edib. 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri Polkovnik-leytenant Cəfərov Zaur ilə birlikdə qəhrəmancasına şəhidlik məqamına ucalıblar. 

Abdulla Əhmədov 12.03.2002-cu il tarixində Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 27.09.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhidlik məqamına ucalıb. 

Şəhidlərimizi unutmayaq, unutdurmayaq! Cənnətdə dəyişilməyən mövludunuz mübarək olsun, İgidlər!

Vəsiqə Dadaşova





















13-03-2023, 11:21 344

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101