Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.Bu barədə
Sumqayit.tv-yə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.