Sumqayıtda sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Tacir ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Şəfəqə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv-in məlumatına görə, istintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şəfəq ilə 2009-cu ildə rəsmi olaraq ailə həyatı qurublar: 

“Bizim birgə nikahımızdan iki övladımız olub. Son 3 aydır kı, Şəfəq ilə aramızda mütəmadi olaraq ən xırda məsələdən ailə məişət münasibətləri zəminində mübahisələrimiz baş verib. Bu məsələləri bir dəfəlik həll etmək məqsədi ilə qayınatam ilə görüşmək istəsəm də, o, mənimlə görüşmədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 21.00-da BTZ bağlar ərazisində yerləşən kafedə yemək yeyib və yarım  litr spirtli içki araq içib: 

“Həmin günü saat 23.30-da evə getdim. Çöl qapısını döysəm də, Şəfəq qapını içəridən bağladı, və açmadı. Əsəbləşərək qapını təpiklə vuraraq acdım. Sonra içəri girdim. Şəfəqin məni evə buraxmaq istəmədiyi üçün aramızda mübahisəmiz yarandı. Mübahisə zamanı Şəfəq mənə kobud cavab qaytardığına görə əsəbləşdim. Əl zərbəsi ilə üzündən və başından vurdum. Bu zaman Şəfəq məni itələyırık digər otağa keçdi. Mən də bundan sonra ona heç bir şey etmədim”.

İş üzrə zərərçəkmiş qismində dindirilən Şəfəqin sözlərinə görə, Tacir mütəmadi olaraq spirtli içki içib, spirtli içki içdiyi vaxtlarda ən xırda məsələdən evdə münaqişə yaradıb, ünvanına nəlayiq ifadələr işlədib, onu boşayacağını, uşaqları əlindən alaraq onu evdən çıxardacağı ilə hədələyib: 

“Hadisə günü, saat 23.30-da Tacir sərxoş halda evə gəldi. Məni otağımdan çağırdı və söhbət etmək istədiyini dedi. Biz söhbət edən zaman Tacir yenə də məni analıqdan məhrum edəcəyini, evdən çıxardacağını dedi. Ondan hansı əsasla və niyə görə edəcəyini soruşdum. Bu zaman gözləmədiyim halda əl zərbələri ilə başımdan, qollarımdan, üzümdən, kürəyimdən vuraraq məni döydü. Onu özümdən kənara itələsəm də, Tacir kənara çəkilmədi, məni vurmaqda davam etdi. Bundan sonra güclə Taciri özümdən kənara itələdim. Sonra öz otağıma keçdim və qapını arxadan bağladım”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Tacirin barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib.(demokrat.az) 

24-03-2023, 10:00 422

Digər xəbərlər

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1068