ABŞ dövlət katib Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.
Tviter səhifəsindəki paylaşıma Blinken bu sözləri yazıb:
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bizim yeni Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində görüş keçirdik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə qeyd edilib.