Hadisə günü anası da orada olub - 7 yaşlı Fəridin atası

Hadisə günü anası da orada olub - 7 yaşlı Fəridin atası

"Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın..."
 

Sumqayit.tv xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib.
 
O, açıqlamasında bəzi detalları qeyd edib: "Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".
 
Fəridin atası video ilə bağlı bəzi faktları qeyd edib: "Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm".
 
Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

2-05-2023, 17:05 118

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102