Sumqayıtda su pulunu ödəməyən ər arvadını döydü


Sumqayıt şəhərində 1954-cü il təvəllüdlü Xalid münaqişə zəminində həyat yoldaşı Səkinəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sumqayit.t
v xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində baş verib.
Xalid idarə etdiyi “Mercedes-Benz” markalı avtomaşının salonunda həyat yoldaşı Səkinənin sifətinə əli ilə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət  yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Səkinə onun həyət yoldaşıdır, onlar eyni ünvanda yaşayırlar:
“Hadisə günü, saat 12 radələrində yaşadığım binanın həyətində arxa tərəfdə olan zaman Səkinə yanıma gəldi. Məndən keçən ay verdiyi su pulunu nə üçün ödəmədiyimi soruşdu, bu ay onun iştirakı ilə su pulunu ödəməli olduğumu dedi. Sonra Səkinə idarə etdiyim “Mercedes-Benz” markalı avtomobilə qabaq sağ oturacağında əyləşdi. Məndən avtomaşını sürməyimi, su pulu ödəməyə aparmağımı bildirdi. Mən də avtomaşının sükanı arxasına əyləşdim. Səkinəyə avtomaşından yerə düşməsini bildirdim. Lakin Səkinə avtomobildən düşmədi. Bu səbəbdən aramızda mübahisə oldu. Mən də əsəbiləşərək Səkinənin avtomobildən yerə düşməsi üçün əlimin arxası ilə gözünə vurdum. Lakin Səkinə yenə də avtomobildən düşmədi. Bu səbəbdən Səkinəni avtomobildə qoyaraq özüm düşdüm və oradan kənarlaşdım”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Xalidin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.

31-07-2023, 14:34 136

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102