“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi məhkəməyə verilib. Sumqayit.tv-in xəbərinə görə, “Bark Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti tibb mərkəzi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə üz tutub.
Hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələrdir.