Sumqayıtda yeni dərs ilinə hazırlıq: Qiymətlər necədir? - FOTOREPORTAJ


Yeni tədris ilinin başlamasına təxminən bir ay vaxt qalıb. Artıq məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara axın başlayıb. Sumqayıt şəhərində də valideynlər 2023-24-cü tədris ili üçün artıq indidən tədarük görməyə başlayıblar. Demək olar ki, on gündür Bakı Tikiş Evinin (BTE) məhsullarının şəhər ərazisindəki satıldığı mağazalarda hər gün izdiham yaşanır.
“Report”un yerli bürosunun əməkdaşı Sumqayıtda yerləşən məktəbli forma və ləvazimatları mağazalarında olub, satıcı və müştərilərin fikirlərini öyrənib.
Müşahidələr zamanı məlum olub ki, məktəbli forma və ləvazimatlarının satışının həyata keçirildiyi mağazalara tələbat xeyli artıb. Buna baxmayaraq, qiymətdən və məhsulun keyfiyyətindən razı olanlarla yanaşı, narazı qalanlara da rast gəlmək mümkündür.
Alıcı Elçin İsgəndərov deyir ki, məktəbli formalarının materialı çox yaxşıdır. O, həmçinin, qiymətlərin bu günün tələblərinə uyğun olduğunu söyləyir:
“Düşünürəm ki, qiymətlər yüksək deyil və məhsulun materialı da keyfiyyətlidir. Neçə gün idi ki, uşaqlara məktəbli formaları almaq istəyirdik. Nəhayət, bu gün gəlib aldıq”.
Digər müştəri Xatirə Quliyeva isə məktəbli ləvazimatlarının ötən illə müqayisədə bahalaşdığını bildirib:
“Doğrudur, nəzərəçarpacaq qədər olmasa da, bəzi ləvazimatların qiymətində artımların olduğunu görməmək mümkün deyil. Amma buna baxmayaraq, almalıyıq. Mən övladlarımın ikisinə də həm forma, həm də digər ləvazimatların hamısını artıq aldım”.
Bununla yanaşı, söhbət əsnasında digər alıcılar valideynləri yeni tədris ili üçün indidən tədarük görməyə çağırıblar. Onlar ötənilki təcrübələrinə əsasən deyirlər ki, sentyabrın əvvəllərindən etibarən alıcı qabiliyyəti o qədər çox olacaq ki, mağazalarda rahat şəkildə alış-veriş etmək çətinləşəcək.
Müşahidələr zamanı məlum olub ki, bəzi məktəbli ləvazimatlarının qiymətində artımlar olub. Satıcılar deyirlər ki, qiymət artımları daha çox kağız məmulatlarını əhatə edir. Onların sözlərinə görə, bu il kağız məmulatlarında qiymət 5-10 qəpik artıb.
Qeyd edilib ki, çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 20-60 manat arasında dəyişir.
Əsas məktəb ləvazimatlarının qiymətlərinə gəlincə, bildirilib ki, dəftərlər 15 qəpik - 2 manat, sadə karandaşlar 10 qəpik - 2 manat, rəsm albomları 1-3 manat, sadə qələmlər 10-30 qəpik və 1 manat, rəngli karandaşlar 1-8 manat, pozan 20-50 qəpik, qələmyonan 15 qəpik - 1 manat 20 qəpik, xətkeş 20 qəpik - 3 manat, plastilin 1,5 - 5 manat, fırça 30-50 qəpik arasında dəyişir.
Satıcılar deyiblər ki, yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol köynək 17 manata, qısaqol köynək isə 15 manatadır, şalvar və ətək isə 25 manata alıcılara təklif olunur.
Satıcılar, həmçinin, qiymətlərdə artım ehtimalının hələ ki olmadığını söyləyiblər.

11-08-2023, 10:13 173

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102