Sumqayıtın "ölüm döngə"ləri sayılan əraziləri (ARAŞDIRMA)



Bugünlərdə “Nikosayağı” adlı blogerin düşdüyü ağır yol qəzası bir daha ölkəmizdə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsinə diqqətin artırılmasını, müvafiq tədbirlər həyata keçirilməsini tələb edir. Hər ay Azərbaycanda onlarla insan yol-nəqliyyat hadisələri zamanı ya dünyasını dəyişir, ya da ağır xəsarətlər alır. 
Sumqayıtda da yol hərəkəti üzrə problemlər bəs deyincə qədərdir. Demək olar ki, hər günümüz qəza xəbəri eşitməklə keçir. Şəhərimizin bir sıra yollarını isə “ölüm döngəsi” adlandırsaq, yanılmarıq. 
Öncə bundan başlayaq ki, “Gənclər şəhəri”nin bəzi yollarında işıqforun olmaması qəza şəraitini yaradan başlıca səbəblərdəndir. Belə ki, Sumqayıt şəhər, 16-cı mikrorayon, “Büllur” mərasim evinin qarşısından Corat qəsəbəsinə keçən yolda işıqfor yoxdur. Ona görə də həmin ərazidə tez-tez qəzalar baş verir. Sürət həddini göstərən yol nişanlarının olmaması da ayrı bir nöqsandır. Piyada keçidi nişanı olmasına baxmayaraq bəzi sürücülər sanki Formula-1 yarış zolağında hərəkət edirmişlər kimi davranırlar. Bu zaman piyadaların vurulması ilə nəticələnən yol qəzaları qaçılmaz olur. Sakinlərin sözlərinə görə, həmin ərazidə çəkilmiş piyada keçidi nişanı düzgün qoyulmayıb. Nə təsadüf ki, qəzaların hər biri məhz həmin piyada keçidi nişanı üzərində baş verir. 

Sumqayıtda digər "ölüm döngəsi" adını Heydər Əliyev prospektindən Nəriman Nərimanov küçəsinə keçid – daha dəqiq desək, 4-cü mkr-dan “Kimyaçılar" sarayının qarşısı istiqamətindəki döngə alıb. Həmin ərazidə bir neçə gün öncə 1 saatlıq intervalla iki qəza baş verib. Ümumiyyətlə, bu döngədə baş verən qəzaların sayı-hesabı yoxdur. Çox təəssüf ki, aidiyyəti qurumlar bu bəlanın qarşısını alacaq çarə tapa bilmir. Şəklə diqqət yetirsəniz, soldakı maşının “Kimyaçılar” meydanına daxil olduğunun şahidi olacaqsınız. Hadisə gecə saatlarında olduğundan həmin vaxt ərazidə kimsə olmayıb. Əslində yay vaxtı insanlar bu parkda gəzir, uşaqlar oynayır.  Hadisə həmin ana təsadüf etsə, böyük faciə yaşana bilərdi.
Sumqayıtlılar yaxşı bilir ki, əvvəllər burada sola döngə deyil, birbaşa düz istiqamətdə yol olub. Lakin bir neçə illər öncə yol bağlandı və ərazi meydana çevirildi. Gələn avtomobillər isə sola dönərək yollarına davam etməlidir. Bir müddət sonra həmin döngəyə parlaq qranit bardürlər qoydular. O gündən də bu qəzaların ardı-arası kəsilmir. Deyilənə görə, həmin bardürlər uzaqdan yolun açıq olduğu görüntüsünü yaradır. Sürücülər burada yol olmadığını fərq edəndə isə artıq gec olur və qəza baş verir. Sözügedən problem də həll edilməsə, daha böyük faciələr qaçılmaz olacaq. Bu döngəyə yol nişanları sürücülərin yolun bağlı olduğunu göstərəcək formada yerləşdirilsə, qəza halları minimuma enərdi.
Sumqayıtın qəza şəraiti yaradacaq yolları təkcə bunlarla bitmir. Digər məsələ isə, fərdi yaşayış evlərinin hasarlarının ilə hər iki tərəfdən yol çiyinlərini daraltmasıdır. Belə ki, Corat qəsəbəsindən Xəzər dənizi istiqamətində fərdi yaşayış evlərinin arası ilə çəkilmiş yollar avtomobillərin maneəsiz, rahat hərəkəti üçün çox dardır. Hətta burada səki də yoxdur. Qarşı-qarşıya hərəkət edən iki avtomobil eyni anda o yoldan keçəndə qəza şəraiti yaranır. Həmin ərazidə səkinin olmaması piyadaların hərəkətini çətinləşdirir. Buradan keçmək istəyən şəxs məcbur olur ki, avtomobil yoluna çıxsın. Sürücünün kiçik diqqətsizliyi isə faciəvi qəzaya şərait yaradır. 
Beləliklə, Sumqayıtda ciddi təhlükəyə, dəfələrlə qəzaya səbəb olan bir neçə yoldan söz açdıq. Hər halda son söz əlaqədar yol-nəqliyyat mütəxəssislərinindir.

Aygün İsmayılova xəbərle.com

19-08-2023, 01:59 135

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102