Məlum olduğu kimi ötən gün Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
Bu gun müəllimin hansı maddələrlə saxlanıldığı üzə çıxıb.
Sumqayit.tv xəbər verir ki, zərərçəkənin ailə üzvlərinin
Bakupost.az -a verdiyi məlumata görə, məşqçi yeniyetmə qıza seksual xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.