"Yaşıl dərə" massivindən keçən kanalda antisanitar vəziyyət yaranıb, ərazini üfunət bürüyüb-Foto


Sumqayıt şəhərindən keçən "Acıdərə" kanalında antisanitar vəziyyət yaranıb.
Sumqayit.tv
xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna kanalın keçdiyi "Yaşıl dərə" yaşayış massivinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kanaldan axan çirkləndirilmiş su və uzun müddət burada yığılmış tullantılar səbəbindən ərazini üfunət bürüyüb.
Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda isə buranın bataqlığa çevrildiyini bildiriblər:
"Biz çirkli suyun axdığı bu kanalın xəstəliklər yaya biləcəyindən narahatıq. Bununla yanaşı burada yağış yağdıqda vəziyyət daha da çətinləşir. Kanalın suyu həyətlərə və evlərin zirzəmilərinə dolur. Buna görə də qışda uzunboğaz çəkmələrdən istifadə etməklə gəzməyə məcbur oluruq. Qarşıdan yeni tədris ili gəlir, uşaqlar buradan hərəkət edə bilmirlər. Çünki yağış yağanda kanalın suyu küçələrə və yollara axır. Bununla yanaşı əraziyə ağcaqanad və milçəklər doluşur. Həmçinin kanal heç bir məhəccər və ya hasarla əhatələnmədiyindən uşaqların həyatı təhlükəyə düşür. Çünki xüsusən qaranlıq vaxtlarda buradan keçən şəxslər ayağı sürüşə və kanala düşə bilərlər. İndiyə qədər bu kimi hallar bir neçə dəfə təkrarlanıb".
Uzun illərdir mövcud problemlə üzləşən sakinlər dəfələrlə aidiyyətə qurumlara müraciət etsələr də, praktiki olaraq heç bir tədbirin görülmədiyini söyləyiblər. Onların sözlərinə görə, hər dəfə müraciətdən sonra aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və gediblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, "Acıdərə" kanalının şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb.
Qeyd olunub ki, kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib.
Vurğulanıb ki, bu istiqamətdə işlərin davam etdirilməsi, yəni açıq qalan hissələrin də boruya salınması nəzərdə tutulub.









23-08-2023, 18:26 281

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102